Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın məqaləsi Təbrizdə nəşr olunan “Aydın gələcək” elmi-ictimai-mədəniyyət jurnalında nəşr olunub (№ 12, s.49-55). “Azərbaycan alimlərinin iştirak etdikləri elmi məclislər – XI-XIII əsrlər” adlı məqalədə ərəb xilafətinin elm mərkəzlərində iştirak etmiş, ərəb alimləri ilə birlikdə fəaliyyət göstərmiş görkəmli azərbaycanlı elm xadimləri haqqında məlumat verilir. Nərgiz xanımı təbrik edir, yeni elmi uğurlar arzu edirik.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.