Muzeyin “Azərbaycan memarlıq abidələri rəsm əsərlərində” adlı yeni kataloqu işıq üzü görüb (Bakı: “Təhsil”, 2022, 62 səh.). Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifi m.ü.f.d., dosent Nardanə Yusifova, materialları toplayan İnarə İsmayılovadır.
Kataloqda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında qorunan, Azərbaycanın bir sıra tarixi memarlıq abidələrini əks etdirən rəsm əsərləri tədqiqata cəlb edilmiş, görkəmli memar-rəssamların təsviri sənət nümunələri elmi-bədii şərhləri ilə təqdim olunmuşdur.
Qeyd edək ki, bu kataloq Azərbaycan memarlıq abidələri və incəsənətinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.