Muzeyin “Hamam mədəniyyəti” adlı yeni kitab-albomu işıq üzü görüb (Bakı: “Təhsil”, 2022, 128 səh., Azərbaycan və ingilis dilində). Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, elmi məsləhətçisi t.ü.f.d., dosent Gülzadə Abdulova, mətnin müəllifi Nurəngiz Qarayevadır.
Kitab-albomda ilk dəfə Azərbaycanın hamam mədəniyyəti kompleks şəkildə tədqiqata cəlb edilmiş, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında qorunan hamam mədəniyyəti ilə bağlı nümunələr təqdim olunmuşdur. Həmin nümunələr boğça, hamam sandığı, hamam tası, tayqulp, sabun, sabun qabı və digər hamam ləvazimatlarından ibarətdir. Kitab-albomda eyni zamanda hamamların yaranma tarixi, Azərbaycanda mövcud olmuş müxtəlif tipli hamamlar, hamamların funksiyası, hamamlarda keçirilən mərasimlər, hamam ənənələri haqqında geniş məlumat verilmişdir. Bununla yanaşı, təqdim olunan tədqiqat işində hamamların incəsənətdə (filmlərdə və təsviri sənətdə) əksi məsələlərinə də toxunulmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.