XƏBƏRLƏR
27 Fevral, 2023
Azərbaycan xalqının toy adətlərinə həsr olunmuş yeni kataloq işıq üzü görüb
Muzeyin “Azərbaycan xalqının toy adətləri” adlı yeni kataloqu işıq üzü görüb (Bakı: “Təhsil”, 2022, 56 səh.). Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifi t.ü.f.d., dosent Tural Şiriyev, annotasiyanın müəllifi Mehriban Seyidzadədir.
Kataloq Azərbaycan xalqının ailə məişətində xüsusi yeri olan ənənəvi toy adətlərinin Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında öyrənilməsinə həsr edilmişdir. Yeni nəşrdə ənənəvi toy mərasiminin ayrı-ayrı mərhələləri haqqında məlumat verilir və muzeyin zəngin kolleksiyasında qorunan müvafiq etnoqrafik materiallar (xınabənd, xına camı, qurşaq, duvaq, bəxt aynası, gəlin libası, xonça örtüyü, məcməyi, gərdək torbası və s.) təqdim olunur.
Qeyd edək ki, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kataloqda muzeyin Etnoqrafiya fondu, Xüsusi fond, Sənədli mənbələr fondu, Təsviri materiallar fondu və Fotoneqativ materiallar fondunda mühafizə olunan eksponatlardan istifadə olunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlının biblioqrafiyası çap olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
Tarix elmləri doktoru Fərhad Cabbarovun “Əziz Əliyev. Görkəmli dövlət və elm xadimi” kitabı nəşr olunub
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.
Muzeyin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqunun təqdimatı olub
Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlə...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materialları təqdim olunur
2025-ci il dekabrın 2–3-də Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş və muzeyin 105 illiyinə həsr olunmuş “Tarixin öyrənilməsinin və tədrisinin akt...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materiallarını təqdim edirik
Ətraflı keçiddə...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu (Bakı: "Aspoliqraf", 2025, s.240) işıq üzü görüb. Muzeyin elmi işlər...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri – Azərbaycanın tanınmış kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin anadan olma...
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının yeni monoqrafiyası nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rus dilində “Zəngəzurun VII–XII əsrlər tarixindən” adlı yeni monoqrafiyası nə...