Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d., dosent Fərhad Cabbarovun “Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906)”( Bakı: "Təhsil", 2022, 200 səh.) adlı kitabı çap olunub. Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.
Zəngin arxiv sənədləri, dövri mətbuat materialları əsasında yazılan bu monoqrafiya Qarabağda və Zəngəzurda 1905-1906-cı illər münaqişəsinin necə həyata keçirildiyi, iki xalq arasında bu günə qədər davam edən gərginliyin, ədavətin necə qızışdırıldığı haqqında suallara cavab verir. Əsərdə, həmçinin, erməni terroruna qarşı müqavimətin təşkil olunması, Qarabağ və Zəngəzurdakı hadisələrin Azərbaycan cəmiyyətində siyasi birləşmə, milli həmrəylik proseslərinə təsiri məsələlərinə də geniş yer verilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.