Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyevanın yeni kitabı çap edilib. "Omonimlər lüğətində Qafqaz və Azərbaycan" adlı kitab (Bakı, Təhsil, 2022, 80 s.) orta əsr ərəb coğrafiyaşünası Yaqut əl-Həməvinin "Kitab əl-müştərik vad`an va-l-muftariq suk`an" ("Formasına görə müştərək, yerinə görə fərqlənən adlar kitabı" əsərinin əsasında hazırlanıb. Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.
Əsərdə orta əsr Azərbaycanında və Qafqazda müxtəlif ərazilərdə verilən eyniadlı toponimlərin fərqli cəhətləri göstərilib və dəqiqləşdirilib. Həmçinin, kitabda görkəmli şəxsiyyətlərin eyniadlı yerlərdən hansına mənsub olmasına aid məlumatlar təqdim edilib. Nərgiz Əliyevanın yeni kitabı bölgənin mədəni həyatında fəaliyyət göstərmiş ziyalıların həyat və yaradıcılığının öyrənilməsi baxımından xüsusi maraq doğurur.
Tədqiqatçı-alim Nərgiz Əliyevanı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.