AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daha bir nəşri - “Azərbaycan atabəylərinin sikkələri” adlı kataloqu işıq üzü görmüşdür (Bakı, Təhsil, 2021, 40 səh.). Kataloqun elmi redaktoru muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, tərtibatçısı isə muzeyin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədovadır.
Kataloq AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan, Azərbaycan Respublikası ərazisində aşkarlanmış Azərbaycan atabəyləri (Eldənizlər; hicri 531 – 607 / miladi 1136 - 1225) və onların vassalları dövründə yerli zərbxanalarda istehsal edilmiş sikkələr əsasında tərtib edilmişdir.
Burada sikkələrin fotoları, onların üzərindəki yazılar, eləcə də həmin sikkələrin çəkisi və digər məlumatlar təqdim edilmiş, ölkə ərazisində aşkar olunan belə sikkələrdən ibarət dəfinələr qeydə alınmışdır.
Kataloq tarixçilər, numizmatlar, sənətşünaslar və digər tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.