AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “Azerbaycanda türk-islam kültürü” (İstanbul, “Cinius” yayınları, 2021, I cild, 276 səh.) adlı kitabı işıq üzü görüb. Oxucuların diqqətinə təqdim olunan kitabın birinci cildində, Azərbaycanda yeni dinin gəlməsilə baş verən konfessional dəyişikliklər təhlil edilir, xristianlıq, atəşpərəslik və yəhudiliyin islamla qarşıdurması problemi araşdırılır. Həmçinin kitabda islam və islam mədəniyyətinin yayılması beş mərhələyə ayrılaraq bu prosesdə Azərbaycan və azərbaycanlıların mövqeyi açıqlanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən http://azhistorymuseum.az/ saytına istinad zəruridir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.