Şamaxı Rayon İcra Hakimiyyəti və Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə hazırlanmış, Şamaxı şəhidlərinə həsr edilən “Zəfər yolçuları” adlı kitab (“NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2021, 296 səh.) Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib. Kitabda 20 Yanvar şəhidləri, Aprel döyüşlərinin şəhidləri, I Qarabağ Müharibəsinin şəhidləri, Vətən Müharibəsinin şəhidləri haqqında ətraflı məlumat verilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.