Muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirovanın “Azərbaycan toxuculuq nümunələrindəki naxışların semantikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında tarixi-etnoqrafik tədqiqat. "Bakı mətbəəsi" ASC. Bakı: 2021, 294 səh.)” adlı monoqrafiyası nəşr olunmuşdur. Monoqrafiyada Azərbaycan xalqının qədim dünyagörüşü, onun məşğuliyyət sahələrinin və dini inanclarının toxuculuq məmulatları üzərində naxış və təsvirlər şəklində maddiləşmiş elemetləri araşdırılmışdır. Əsərdə muzeyin Etnoqrafiya fondunda mühafizə olunan toxuculuq məmulatları üzərindəki bir çox naxış və təsvirin semantikası araşdırılaraq ətraflı açıqlaması verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.