"Metafizika" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalında Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunun müdiri, t.ü.f.d., dosent Sənubər Qasımovanın "Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı əşyalarda Qarabağ atlarının təsvirləri" (rus dilində) məqaləsi nəşr edilib (Касимова С.А. Изображение карабахских коней на предметах из коллекции НМИА. Bakı: Elm, 2021, s. 151-162). Məqalədə muzeyin müxtəlif fondlarında (Köməkçi Tarixi Fənn Materialları, Etnoqrafiya, Fotoneqativ, Təsviri sənət) qorunan materiallar (xalça, medal, marka, rəsm əsərləri) üzərindəki Qarabağ atlarından bəhs edilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.