Milli Azərbaycan Tarixi Muzeyinin inciləri isveçrəli tarixçi alim, professor Kristof Baumerin (Christoph Baumer) “Qafqaz tarixi: İmperiyaların kəsişməsində” (History of the Caucasus at the Crossroads of Empires. Volume 1. London, “I.B. Tauris, London, New York”, 2021. P.386.) adlı kitabında (birinci cild) yer alıb. Belə ki, muzeyin Arxeologiya elmi-fond şöbəsi, Etnoqrafiya elmi-fond şöbəsi və Xüsusi fondunda qorunan, müxtəlif tarixi dövrlərdə dəyişən mədəniyyətlərin əyani sübutu kimi eksponatların keyfiyyətli təsvirləri və onların annotasiyası elmi tədqiqatda öz əksini tapmışdır.
Qeyd edək ki, kitabın hazırlanmasında göstərilən elmi dəstəyə görə müəllif muzeyin baş direktoru, akademik Nailə Vəlixanlıya, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşova və şöbənin əməkdaşı Fuad Ağayevə xüsusi təşəkkürünü bildirib.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.