“Azərbaycan Dəmir Yolları” QSC yeni çap olunmuş “Azərbaycan dəmir yolu. Tarixə nəzər” adlı kitabını ali təhsil müəssisələrinə, eləcə də Mədəniyyət Nazirliyinin nəzdində olan kitabxanalara hədiyyə edib. Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlıdır. Kitabın müəllifi Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovdur.
Dəmir yollarının yaranmasının 140 illik yubileyi münasibətilə hazırlanmış, 236 səhifədən ibarət bu kitab polad magistralımızın tarixini xronoloji ardıcıllıqla, tam və dolğun şəkildə əks etdirən ilk əsərdir. Belə ki, kitabda dəmir yollarının Azərbaycan tarixinin ən vacib məqamları, ölkəmizin iqtisadiyyatı, sosial həyatı və mədəniyyətinin inkişafında oynadığı rol işıqlandırılıb.
Həmçinin tarixi araşdırmalarla zəngin olan kitabda yer almış bir çox fotoşəkil ilk dəfə çap olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.