Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi ərəfəsində AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyev və AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyli təmir-bərpa işlərindən sonra muzeyin vəziyyəti ilə tanış olmaq məqsədilə muzeyə gəlmişlər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı onlara muzeydə aparılmış bərpa işləri haqqında məlumat vermiş, Hacı Zeynalabdin Tağıyevin yeni materiallarla və iriölçülü ekranla (touchscreen) təchiz edilmiş xatirə muzeyi, İkinci dünya müharibəsinin 75 illiyinə həsr olunmuş sərgi ilə tanış etmişdir. Akademik R.Mehdiyev muzeyin pandemiya dövrü fəaliyyəti və muzeyin yeni nəşrləri haqqında ətraflı məlumat almışdır.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.