XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
13 Oktyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyində “Lətif Kərimov və Azərbaycan xalça sənətinin elmi tədqiqi” adlı elmi seminar keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2026-cı ilin noyabr ayında görkəmli xalçaşünas alim, Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Hüseyn oğlu Kərimovun anadan olmasının 120 illiyi tamam olur.

Bu əlamətdar yubiley münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində “Lətif Kərimov və Azərbaycan xalça sənətinin elmi tədqiqi” adlı elmi seminar keçiriləcək.

Azərbaycan xalça sənətinin öyrənilməsi, sistemləşdirilməsi və dünya miqyasında tanıdılması istiqamətində mühüm xidmətləri olan Lətif Kərimovun zəngin elmi və yaradıcılıq irsinin araşdırılması seminarın əsas məqsədini təşkil edir. Tədbir çərçivəsində görkəmli sənətkarın Azərbaycan xalçaçılıq sənətinin inkişafına verdiyi töhfələr, xalçaların təsnifatı və ornamentlərinin tədqiqi sahəsindəki fəaliyyəti, eləcə də milli-mədəni irsin qorunmasındakı rolu müzakirə olunacaq.