XƏBƏRLƏR

31 Mart, 2024
31 mart- azərbaycanlıların soyqırımı günündən 106 il ötür
Ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanına əsasən hər il 31 mart azərbaycanlıların soyqırmı günü kimi qeyd olunur. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törətdilər. Soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirildi və on minlərlə insan itkin düşdü. Faciə zamanı qədim binalar, tarixi abidələr, ziyarətgahlar da dağıdıldı. Törədilmiş hadisələr öz amansızlığına və miqyasına görə Azərbaycan tarixində ən qanlı faciələrdən biri kimi yaddaşlarda qaldı.
Qeyd edək ki, təqdim olunan fotolar Milli Azərbaycan Tarixi Muzeyində 27-31 mart 2024-cü il tarixlərində nümayiş olunan, 31 mart azərbaycanlıların soyqırımının 106-cı ildönümünə həsr olunmuş “1918-ci il soyqırımı hadisələri Belarus əsilli fotoqraf Lev Doşkeviçin gözü ilə” adlı sərgidəndir.
Muzeydə “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda tələbələrə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil ...
Naxçıvanın mədəniyyət müəssələrinin baş fond mühafizləri muzeyi ziyarət ediblər
5–8 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin...
Muzeyin əməkdaşları Sabirabad və Saatlı rayonlarında ezamiyyətdə olublar
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin el...
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəb...
İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, “Mirak Carpet” şirkətinin direk...
5 May – Xalçaçı Günüdür
Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli ...
Hacı Zeynalabdin Tağıyevin ailəsinə məxsus olmuş tikmə pərdəni təqdim edirik
Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksə...