Sərgilər və tədbirlər
08 Aprel, 2022
“Köhnə Bakı - fırça yaddaşında” sərgisi

8 aprel 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində həkim-rəssam Rauf Canıbəyovun “Köhnə Bakı - fırça yaddaşında” adlı sərgisinin açılışı olacaq. Bir neçə sənət sahəsi ilə məşğul olan Rauf Canıbəyovun əsasən yağlı boya, karandaş və rəqəmsal qrafika ilə işlədiyi əsərləri onun rəssam kimi formalaşmasına təsir göstərən amillərdən biridir. Rəssam əsərlərinin əksəriyyətini köhnə Bakıya, onun sakit küçələrinə, məhəllələrinə, milli memarlığına, mehriban və ünsiyyətcil sakinlərinin məişətinə həsr edə bilmişdir. Rauf bəyin köhnə Bakı mövzusuna müraciət etməsinin əsas səbəblərindən biri də Bakının qədim tarixə malik şəhər kimi gələcək nəsillərə fırçanın dili ilə ötürə bilməsi və yaddaşlarda əbədi olaraq həkk olunmasıdır.

Sərginin iş rejimi: 8 – 15 aprel 2022 (giriş sərbəstdir, pulsuzdur)

Sərgidə COVİD 19 pandemiyası ilə bağlı qaydalara riayət olunması (tibbi maska taxmaq, sosial məsafə saxlamaq) mütləqdir.