XƏBƏRLƏR
11 Noyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılacaq
13 noyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyi tərəfindən hazırlanmış “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılacaq.
Sərgidə Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin kolleksiyasından qazax xalqının ənənəvi həyat tərzini, məişət mədəniyyətini və sənətkarlıq irsini əks etdirən etnoqrafik eksponatlar nümayiş olunacaq.
Ekspozisiya qazax xalqının köçəri mədəniyyətinin tarixi xüsusiyyətlərini və Böyük Çölün çoxəsrlik etnomədəni ənənələrini əhatə edəcək. Sərgidə ənənəvi məişət və təsərrüfat əşyaları, at ləvazimatları, zərgərlik məmulatları, keçə və toxuculuq nümunələri, milli geyimlər və bəzək əşyaları təqdim olunacaq.
Nümayiş etdiriləcək eksponatlar qazaxların maddi mədəniyyətini, ənənəvi sənətkarlıq üsullarını, ornamental motivlərini və estetik təsəvvürlərini əks etdirməklə yanaşı, etnomədəni irsin nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması haqqında təsəvvür yaradacaq.
Sərginin Bakıda keçirilməsi Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, muzeylərarası əməkdaşlığın inkişafına və türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə töhfə verəcək.
Sərginin təntənəli açılış mərasimi 13 noyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.
Sərgi 12 dekabr 2026-cı il tarixinədək davam edəcək.
ƏLAQƏ MƏLUMATLARI
Milli Azərbaycan Tarixi Muzeyi
Ünvan: Bakı şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, 4
Telefon: +994 (12) 598 17 41
E-poçt: aztarmuzey@medeniyyet.az
Şanxay Muzeyinin nümayəndə heyəti muzeyi ziyarət edib
15 oktyabr 2026-cı il tarixində Şanxay Muzeyinin (Çin Xalq Respublikası) nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyində olub. Nümayəndə heyətinin ...
Azad Berlin Universitetinin doktorantı muzeydə tədqiqat aparır
Azad Berlin Universitetinin (Freie Universität Berlin) Tarixəqədərki arxeologiya institutunun (Institut für Prähistorische Archäologie) doktorantı Emi...
Vende Muzeyinin direktoru və əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
ABŞ-ın Kaliforniya ştatının Kalver-Siti şəhərində yerləşən Vende Muzeyinin (Wende Museum) təsisçisi və icraçı direktoru Castin Cəmpol (Justinian Jampo...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb
Sənəd iki muzey arasında elmi və peşəkar əlaqələrin inkişaf etdirilməsini, muzey işi sahəsində təcrübə mübadiləsinin aparılmasını, elmi-tədqiqat və tə...
Milli Azərbaycan Tarixi Muzeyində «Mavi Günbəzin sirri» adlı beynəlxalq sərgi açılacaq
30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey...
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində...