az
en
Bu gün: 15 Noyabr 2018
ABŞ universitetində Gəncənin virtual muzeyi fəaliyyət göstərəcəkdir

Yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarının Smitson Universitetinin tərkibində Gəncənin virtual muzeyi fəaliyyətə başlayacaqdır.

Bu barədə AzərTAc-a məlumat verən AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə demişdir ki, bu təklif ABŞ-ın Smitson Universitetinin milli muzeyinin rəhbəri Pol Maykl Teylorun Gəncəyə səfəri zamanı reallaşmışdır.
Şəhərin tarixçi alimləri ilə keçirilən görüşdə belə bir fikir səsləndirən amerikalı alim bu qədim şəhərin tarixi və arxeoloji tapıntılarına böyük maraq göstərdiyini qeyd etmiş, çalışdığı universitetdə belə bir muzeyin yaradılmasını məqsədəuyğun hesab etmişdir. Qeyd olunmuşdur ki, bununla bağlı hazırlanacaq memorandum Vaşinqtonda müzakirə edildikdən sonra Gəncədə imzalanacaqdır. Samir Pişnamazzadə onu da əlavə etmişdir ki, virtual muzey üçün artıq şəhərdəki 500-dən artıq tarixi abidənin kataloqu hazırlanmış və ABŞ-ın Smitson Universitetinə göndərilmişdir.

 

 

Elanlar