Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunda görkəmli mütəfəkkirin 500 illiyinə həsr olunmuş 2 ədəd poçt markası qorunur.
1941-ci ildə çap edilmiş belə markaların hər birinin (uzunluğu 35 mm, eni 25 mm) mərkəzində əlində kitab olan Əlişir Nəvainin büstü təsvir olunub və rus dilində: “Aлишер Навои”, sol tərəfdə isə “1441 - 1941” yazılıb. Markaların hər birində nominal və “почта СССР” sözləri də qeyd olunub. 30 qəpik nominallı marka qəhvəyi və bej (şəkil 1), 1 rubl nominallı marka isə (şəkil 2) açıq və tünd yasəməni rənglərdədir.
Xatirə markaları tarixi yaddaşı, mədəni dəyərləri və ictimai mühiti xatırladan materiallardır. Belə materialların toplanması və tədqiqi muzeyşünas, sənətşünas, mənbəşünaslar üçün maraq kəsb edir.
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin Muzeydə 2022-ci il sentyabr döyüşlərinə aid materiallar qorunur12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərindən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.