
Milli Azərbaycan Tarixi Muzeyində “Tarixdə fotoqrafın imzası” adlı fotosərginin açılış mərasimi keçirilib. Sərgidə 1940-cı illərə aid fotoqrafların imzaları olan paspartular və foroşəkillər nümayiş olunub. Eyni zamanda,1880-1910-cu illərdə Gəncədə fəaliyyət göstərən fotoqraf M.A.Abbasovun nadir əsərlər kolleksiyasına xüsusi diqqət yetirilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərgidə nümayiş olunan fotoşəkillərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra sərginin kuratoru, muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu vurğulayıb ki, hər bir eksponat sadəcə bir kadr deyil, zamanın obrazıdır.
Sərgidə, həmçinin Azərbaycan fotoqraflarının əsərləri ilə yanaşı, xarici fotoqrafların da fotoşəkilləri təqdim olunub.
Ümumilikdə sərgidə 68 orijinal fotoşəkil nümayiş olunub.