XƏBƏRLƏR
03 Mart, 2025
Muzeydə "Milli Guşənin təşkili və uşaqlara aşılanması " adlı interaktiv tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində ilk dəfə məktəbəqədər yaşlı uşaqlara milli-mənəvi dəyərlərin öyrədilməsi məqsədilə “Milli Guşənin Təşkili və Uşaqlara Aşılanması” adlı interaktiv tədbir keçirilib. Tədbirdə Bakı şəhəri üzrə 15 məktəbəqədər təhsil müəssisələrinin təlimçi və tərbiyəçi müəllimləri, eləcə də Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi “Milli Azərbaycan Tarixi Muzeyində tədris-əyləncə proqramlarının yeni formaları” adlı məruzə ilə çıxış edib. Həmin şöbənin baş mütəxəssisi Qənirə Qafarlı isə “Novruz ənənələri: mərasimlər, personajlar və simvollar muzeydə interaktiv və əyləncəli proqram vasitəsi kimi” mövzusunda, təqdimatın müşayiəti ilə çıxış edib.
Daha sonra “Öyrədək və Öyrənək” şüarı altında tədbirin praktik hissəsinə keçid edilib. Tərbiyəçi müəllimlər 5 qrup üzrə praktiki fəaliyyət göstərərək, uşaqlara erkən yaşlardan nağıllar, musiqilər və oyunlar vasitəsilə adət-ənənələrimizi və milli-mənəvi dəyərləri aşılamaq mövzusunda qrup işləri təqdim ediblər. Tədbir zamanı iştirakçılara: “Kasa-kasa” oyununun oynanılma qaydası, canlı nağıl yaratma prosesi, daşlarla oynanılan qədim oyunlar, xalça toxuma sənəti və onun alətlərindən düzgün istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Sonra “Azərxalça” ASC tərəfindən hazırlanmış xüsusi videorolik təqdim olunub.
Tədbirin yekununda uşaqlar üçün “Tərəkəmə” və “Nəlbəki” rəqslərinin ifası nümayiş etdirilib.
Tədbirin sonunda bütün iştirakçılar təlimçi müəllim Vəsilə Bayramova tərəfindən sertifikatlarla mükafatlandırılıblar. Bu kimi interaktiv tədbirlərin muzeydə keçirilməsi milli-mənəvi dəyərlərin aşılanması və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Muzeydə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
17 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi-maarifləndirici tədbir təşkil olu...
Muzeydə AZAL-a məxsus reysin ekipaj üzvlərinə - Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində həl...
Muzeydə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Sən elə bir zirvəsən ki,…” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir ...
Muzeydə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının Səbail rayonunun Milli Azərbaycan Tarixi Muzeyi ərazi təşkilatının və Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkil...
Muzeydə “21 Azər – 80” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 1945–1946-cı illərdə baş vermiş 21 Azər hərəkatının 80 illiyinə həsr olunmuş “21 Azər – 80” adlı...
Respublika elmi konfransı öz işini yekunlaşdırıb
Milli Azərbaycan Tarxi Muzeyinin 105 illiyinə həsr olunmuş ikigünlük «Tarixin öyrənilməsinin və tədrisinin aktual problemləri» mövzusunda respublika e...
Muzeydə Professor Rafiq Əliyevə məxsus materialların və şəxsi əşyaların təqdimat mərasimi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ABŞ-ın Corciya Universitetinin professoru, ...
Muzeydə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rənglərdə danışan eksponatlar: Tarixdən bu günə Suveren Azərbaycanı...