Bu gün Milli Azərbaycan Tarixi Muzeyində 27 sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi qəhrəmanı, polkovnik Raqif İsrayılov, şəhid ailələrinin üzvləri və muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov qonaqları salamlayaraq, xalqımızın qürur qaynağı olan Vətən Müharibəsindən danışıb, tədbir iştirakçılarına tarixi zəfərimizdən, torpaqlarımızın azad edilməsində xüsusi xidmətləri olmuş Vətən Müharibəsi şəhidləri və qazilərimizin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. F.Cabbarov çıxışında şəhid və qazilərimizin şəxsi əşyalarının muzeyin Vətən Müharibəsi fondunda qorunduğunu, tarixi qələbəmizi əks etdirən bu materialların öyrənilməsi və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xüsusi vurğulayıb.
Sonra Vətən Müharibəsinin Qəhrəmanı polkovnik Raqif İsrayılov öz çıxışında qeyd edib ki, bu qələbə Azərbaycan xalqının birliyi və ordumuzun gücü sayəsində əldə olunub və biz bu tarixi uğuru heç zaman unutmamalıyıq.
Daha sonra Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin ailə üzvləri- şəhid mayor, Abbas Qasımovun həyat yoldaşı Siddiqə Qasımova, şəhid Aqşin Novruzovun anası Elnarə Novruzova, tədbirdə çıxış edərək, müharibə zamanı onların keçdikləri döyüş yolları, qazanılan möhtəşəm Zəfər haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Sonra muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisiLəman Musayeva “Vətən Müharibəsi şahid məktəblilərin gözü ilə” adlı mövzuda çıxış edib.
Sonda tədbirdə xatirə fotosu çəkilib.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. Təqdimat zamanı akademik Nailə Vəlixanlı XVIII–XIX əsrlər Azərbaycan tarixinin öyrənilməsində tarixi artefaktların əhəmiyyətini qeyd edib, nəşrin zəngin arxiv və muzey materialları əsasında hazırlanmasının elmi əhəmiyyətini vurğulayıb.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.