Bu gün Milli Azərbaycan Tarixi Muzeyində tarixçi, muzeyşünas, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Zərifə Dulayevanın (1929-2022) 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov çıxışında qonaqlara Zərifə Dulayevanın elmi və ictimai fəaliyyətləri barədə ətraflı məlumat verib. Sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin bir sıra əməkdaşları Zərifə Dulayeva haqqında öz xoş xatirələrini bölüşüblər və qeyd ediblər ki, Zərifə Dulayeva elmi fəaliyyəti ilə Azərbaycan tarixinə böyük töhfələr verib.
Tədbirin sonunda Zərifə Dulayevanın ailəsi adından çıxış edən - qızı Kamilla Hüseynova və kürəkəni Eldar Babayev tədbirin keçirilməsinə görə muzeyin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Tarixçi alim Zərifə Dulayevanın həyat və elmi fəaliyyəti barədə ətraflı keçiddə
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. Təqdimat zamanı akademik Nailə Vəlixanlı XVIII–XIX əsrlər Azərbaycan tarixinin öyrənilməsində tarixi artefaktların əhəmiyyətini qeyd edib, nəşrin zəngin arxiv və muzey materialları əsasında hazırlanmasının elmi əhəmiyyətini vurğulayıb.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.