XƏBƏRLƏR
13 İyun, 2024
Muzeydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “Z.Tağıyev küç. 4” (Azərbaycan Milli Tarix Muzeyi) ərazi partiya təşkilatının təşəbbüsü ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “Z.Tağıyev küç. 4” ərazi partiya təşkilatı sədri, muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Kərimov açıb. B.Kərimov qeyd edib ki, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində xüsusi yeri və böyük əhəmiyyəti var. Sonra Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, siyasi elmlər doktoru Tahir Məmmədov əlamətdar günlə bağlı çıxış edib. T.Məmmədov bildirib ki, “1993-cü ilin 15 iyun tarixi Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə bağlıdır və ölkənin siyasi sabitliyinin bərpası baxımından mühüm bir dönüş nöqtəsi olub. Bu tarix Azərbaycan xalqının milli birliyini, dövlətçiliyini və müstəqilliyini qorumaq üçün atdığı addımları simvollaşdırır”.
Sonda qonaqlar muzeyin yeni açılan ekspozisiyasını ziyarət ediblər.
Muzeydə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
17 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi-maarifləndirici tədbir təşkil olu...
Muzeydə AZAL-a məxsus reysin ekipaj üzvlərinə - Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində həl...
Muzeydə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Sən elə bir zirvəsən ki,…” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir ...
Muzeydə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının Səbail rayonunun Milli Azərbaycan Tarixi Muzeyi ərazi təşkilatının və Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkil...
Muzeydə “21 Azər – 80” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 1945–1946-cı illərdə baş vermiş 21 Azər hərəkatının 80 illiyinə həsr olunmuş “21 Azər – 80” adlı...
Respublika elmi konfransı öz işini yekunlaşdırıb
Milli Azərbaycan Tarxi Muzeyinin 105 illiyinə həsr olunmuş ikigünlük «Tarixin öyrənilməsinin və tədrisinin aktual problemləri» mövzusunda respublika e...
Muzeydə Professor Rafiq Əliyevə məxsus materialların və şəxsi əşyaların təqdimat mərasimi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ABŞ-ın Corciya Universitetinin professoru, ...
Muzeydə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rənglərdə danışan eksponatlar: Tarixdən bu günə Suveren Azərbaycanı...