Milli Azərbaycan Tarixi Muzeyinin Eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi İctimai Birliyinin növbəti plenar iclasında iştirak edib.
Gündəlikdə olan əsas məsələ 2024-2026-cı illər üzrə birliyin yeni sədr və Rəyasət Heyətinin seçilməsi olub. İclası birliyin sədri, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova açaraq, son üç il ərzində birliyin fəaliyyəti, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib.
Seçki əsasında Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi İctimai Birliyinin Rəyasət Heyətinin yeni tərkibi aşağıdakı kimi təsdiqlənib:
Sədr: Əsmər Babayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti; Sədr müavinləri: Emin Məmmədov, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri; Nərgiz Abdullayeva, Heydər Əliyev Mərkəzinin Layihələrin idarəedilməsi departamentinin direktoru; Vüqar İsayev, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru; Üzvlər: Tural İbrahimov, “Suraxanı” gəmi-muzeyinin direktoru; Nigar Rəhimli, Heydər Əliyev Mərkəzində Elmi araşdırmalar və təbliğat şöbəsinin müdiri. Məsul katib: Günay Səfərova, Media Təhlil Mərkəzində Mədəni layihələr üzrə ekspert.
Daha sonra muzey işi sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rəyasət Heyətinin əvvəlki üzvlərinə, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının adına təşəkkürnamə təqdim edilib.
Qeyd edilib ki, Milli Azərbaycan Tarixi Muzeyi xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş ICOM- Beynəlxalq Muzeylər Şurasının layihələri çərçivəsində keçirilmiş tədbirlərdə, vebinarlarda, treninqlərdə fəal iştirak edir.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. Təqdimat zamanı akademik Nailə Vəlixanlı XVIII–XIX əsrlər Azərbaycan tarixinin öyrənilməsində tarixi artefaktların əhəmiyyətini qeyd edib, nəşrin zəngin arxiv və muzey materialları əsasında hazırlanmasının elmi əhəmiyyətini vurğulayıb.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.