XƏBƏRLƏR
01 Aprel, 2024
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Naxçıvanda respublika elmi konfransında çıxış edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı çərçivəsində Naxçıvan şəhərində Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Naxçıvan Bölməsi, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransdan öncə təşkilatçı qurumların və elmi-tədqiqat müəssisələrinin rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsinə yad ediblər.
AMEA-nın Naxçıvan Bölməsində baş tutan konfransı giriş sözü ilə bölmənin sədri akademik İsmayıl Hacıyev açıb. Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, “Bu gün keçirilən konfrans Naxçıvanın yeni inkişaf mərhələsində tədqiq olunmasına xidmət edir”. Çıxışının sonunda akademik İsa Həbibbəyli konfrans iştirakçılarını muxtar respublikanın 100 illiyi və yaxın zamanda qeyd olunmuş Elm Günü münasibətilə təbrik edib.
Konfrans zamanı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Naxçıvanın yeni tarixinin yazılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Naxçıvan tarixində yeni səhifə: Ehsan xanın Peterburq səfəri haqqında”, Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayev “Naxçıvanda ali təhsil”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru dosent Azad Novruzov “Muxtariyyət dövründə Naxçıvanda ümumi təhsil”, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov “Naxçıvan Muxtar Respublikasının davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin xidməti” və AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu” mövzusunda məruzələr ediblər.
Muzeydə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
17 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi-maarifləndirici tədbir təşkil olu...
Muzeydə AZAL-a məxsus reysin ekipaj üzvlərinə - Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində həl...
Muzeydə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Sən elə bir zirvəsən ki,…” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir ...
Muzeydə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının Səbail rayonunun Milli Azərbaycan Tarixi Muzeyi ərazi təşkilatının və Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkil...
Muzeydə “21 Azər – 80” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 1945–1946-cı illərdə baş vermiş 21 Azər hərəkatının 80 illiyinə həsr olunmuş “21 Azər – 80” adlı...
Respublika elmi konfransı öz işini yekunlaşdırıb
Milli Azərbaycan Tarxi Muzeyinin 105 illiyinə həsr olunmuş ikigünlük «Tarixin öyrənilməsinin və tədrisinin aktual problemləri» mövzusunda respublika e...
Muzeydə Professor Rafiq Əliyevə məxsus materialların və şəxsi əşyaların təqdimat mərasimi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ABŞ-ın Corciya Universitetinin professoru, ...
Muzeydə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rənglərdə danışan eksponatlar: Tarixdən bu günə Suveren Azərbaycanı...