XƏBƏRLƏR
16 İyun, 2022
Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunacaq
Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq Milli Azərbaycan Tarixi Muzeyi Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbirlər hazırlamaqdadır.
Bu dəfəki tədbir Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirə (1693-1763) həsr olunacaq. Belə ki, Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim olunacaqdır.
Muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənmiş, zədəli yerləri bərpa edilmişdir. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılmış, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanmış və başdaşı qurulmuşdur.
Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilmişdir.
Başdaşı ilə tanış olmaq istəyənlər muzeyin girişində qeydiyyatdan keçməlidir.
Tarix: 20 iyun 2022-ci il
Saat: 11:00
Məkan: Muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsi
Muzeydə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
17 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi-maarifləndirici tədbir təşkil olu...
Muzeydə AZAL-a məxsus reysin ekipaj üzvlərinə - Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində həl...
Muzeydə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Sən elə bir zirvəsən ki,…” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir ...
Muzeydə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının Səbail rayonunun Milli Azərbaycan Tarixi Muzeyi ərazi təşkilatının və Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkil...
Muzeydə “21 Azər – 80” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 1945–1946-cı illərdə baş vermiş 21 Azər hərəkatının 80 illiyinə həsr olunmuş “21 Azər – 80” adlı...
Respublika elmi konfransı öz işini yekunlaşdırıb
Milli Azərbaycan Tarxi Muzeyinin 105 illiyinə həsr olunmuş ikigünlük «Tarixin öyrənilməsinin və tədrisinin aktual problemləri» mövzusunda respublika e...
Muzeydə Professor Rafiq Əliyevə məxsus materialların və şəxsi əşyaların təqdimat mərasimi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ABŞ-ın Corciya Universitetinin professoru, ...
Muzeydə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rənglərdə danışan eksponatlar: Tarixdən bu günə Suveren Azərbaycanı...