Bizimlə öyrən
02 Fevral, 2022
Muzeydə "Elmi macəralar saatı" layihəsi çərçivəsində növbəti interaktiv dərs təşkil olunub

Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə "Elmi macəralar saatı" layihəsi çərçivəsində növbəti interaktiv dərs təşkil olunub. Muzeydə nümayiş olunan  "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisində keçirilən eyni adlı interaktiv dərsdə Qobu rayonu 1 saylı tam orta məktəbin şagirdləri iştirak edib. Dərs İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən keçirilib.

Dərsin birinci hissəsində şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında məlumat verilib, ikinci hissəsində isə intellektual oyun təşkil olunub.