Bizimlə öyrən
14 İyun, 2021
Muzeydə “Könlüm keçir Qarabağdan” adlı tədbir keçiriləcək
24 iyun 2021-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Könlüm keçir Qarabağdan” adlı tədbir keçiriləcək
Tədbir - ustad dərs  Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunub. Ustad dərs Vətən müharibəsi, Qarabağ döyüşlərini əhatə edəcək. Proqrama foto-slayd nümayişi ilə mühazirə, viktorina, master klass, Muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin memorial muzeyi və Vətən müharibəsinə həsr olunmuş sərgiyə ekskursiya daxildir. Müsabiqə iştirakçıları sertifikatla təltif olunacaq.
Proqramda iştirak bir nəfər üçün 5 man. təşkil edir.
İştirak üçün yaş həddi – 8-12 yaş.
Tədbir 24 iyun saat 14:00-da keçiriləcək.
İştirak etmək istəyənlər 012-493-11-34; 055-665-52-57 nömrələri ilə əlaqə saxlaya bilərlər. Ünvan: H.Z.Tağıyev küç 4.