Muzeyin inciləri
Şüşə badə
Şüşə badə

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda erkən orta əsrlər dövrü incəsənətinin maraqlı növlərindən olan dekorativ tətbiqi sənət sahəsinin çoxsaylı nümunələri qorunur. Bunlardan biri 1938-ci ildə arxeoloq Yevgeni Paxomovun İsmayıllı rayonu Qalagah kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı küp qəbirdə tapdığı, nəfisliyi ilə seçilən badədir. Açıq yaşıl rəngli bu şüşə badə üstdən aşağıya doğru maili qabartmalarla bəzədilmişdir.

Ətraflı keçiddə http://azhistorymuseum.gov.az/az/news/4156

Eksponat haqqında məlumat
Adı:
Şüşə badə
Dövr:
Erkən orta əsrlər dövrü
Tapıldığı yer:
İsmayıllı
Ölçüləri:
Hündürlüyü 12,8 sm, oturacaq diametri 6 sm, ağız diametri 9 sm
İnventar nömrəsi:
AF 23642