Kataloq Qarabağ ərazisində həm tək sayda, həm də dəfinələr olaraq aşkarla nan, müxtəlif tarixi dövrlərə aid sikkələr haqqındakı məlumat əsasında tərtib edilmişdir. Hazırda belə sikkələrin analoqları Milli Azərbaycan Tarixi Muzeyi nin Numizmatika Fondunda qorunur. Kataloqda həm yerli, həm də xarici zərbxanaların istehsalı olan sikkələrin (qızıl, gümüş və mis) tapılma ili və yeri, zərb dövrü, çəkisi və s. qeyd edilmiş dir. Azərbaycanın yerli pul təsərrüfatı və xarici ticarət əlaqələrində iştirak edən belə sikkələr dövrümüzədək gəlib çatmış mühüm faktlardır. Kataloq tarixçilər, numizmatlar, topoqraflar, sənətşünaslar və digər tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. Kataloqdakı sikkələrin fotoları orijinaldan fərqli olaraq böyüdülmüş şəkildə verilmiş, üzərindəki yazıların isə Azərbaycan dilində tərcüməsi təqdim edilmişdir.