Muzeyin nəşrləri
Boğçalar. Keçmiş məişətə səyahət (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)
Boğçalar. Keçmiş məişətə səyahət (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)
Keçmiş məişətin əsas elementlərindən biri olan boğçanın türk xalqları arasında önəmli yeri vardır. Tarixin bütün dövrlərində türklər əşya, yemək və geyimlərinin qorunub saxlanması və daşınması üçün müxtəlif materiallardan hazırlanmış əşyalardan istifadə etmişlər. Bu əşyalar arasında xurcun, çuval, qaşıqqabı, məfrəş, heybə və s. toxuma məişət qabları ilə yanaşı müxtəlif parçalardan tikilən boğçalar da geniş yer tutmuşdur. Fərqli ölçülərdə hazırlanan boğçalar ilkin olaraq geyimlərin qorunması, rahat daşınması və çirklənməsinin qarşısını alan vasitə olsa da, zaman keçdikcə ondan ayrı-ayrı məqsədlər üçün də faydalanmışlar.
Kitab haqqında
Adı:
Boğçalar. Keçmiş məişətə səyahət (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)
Müəllif(lər):
Elmi redaktor: T.ü.f.d., dos. Gülzadə Abdulova,Tərtibatçı: Nurəngiz Qarayeva