Muzeyin nəşrləri
Hədəf – Bakı: “qara qızıl” uğrunda mübarizə (1917–1922)
Hədəf – Bakı: “qara qızıl” uğrunda mübarizə (1917–1922)
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini , t.e.d., dosent Fərhad Cabbarovun “Hədəf – Bakı: “qara qızıl” uğrunda mübarizə. 1917-1922” adlı monoqrafiyası nəşr olunub. Nəşrdə XX əsrin ilk rübündə Bakı nefti uğrunda gedən beynəlxalq mübarizə, xarici dövlətlərin maraqları, Bakı neft sənayesinin iqtisadi və sosial problemləri araşdırılır.
Zəngin arxiv materiallarına istinad etməklə 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi, region uğrunda hərbi-siyasi rəqabət və onun Bakı nefti uğrunda mübarizə ilə əlaqəsi, 1920-ci il aprel işğalından sonra neft sənayesində vəziyyət, Bakı neft rayonunda konsessiya siyasəti və digər məsələlər ətraflı işıqlandırılmışdır.
Qeyd edək ki, əsər tarixçilər, politoloqlar, beynəlxalq münasibətlər sahəsində mütəxəssislər üçün nəzərdə tutulub.
Kitab haqqında
Adı:
Hədəf – Bakı: “qara qızıl” uğrunda mübarizə (1917–1922)
Müəllif(lər):
Müəllif: t.e.d., dosent Fərhad Cabbarov